İranda ciddi narahatlıq - Laricanidən sonra böyük PANİKA

16:21 - 18 Mart 2026

İranda ciddi narahatlıq - Laricanidən sonra böyük PANİKA

ABŞ və İsrailin hücumları davam edərkən Tehranda yüksək səviyyəli siyasi və təhlükəsizlik rəsmilərinin də hədəf alınacağına dair narahatlıq artıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurası Baş katibi Əli Laricaninin öldürülməsindən sonra hökumət daxilində böyük bir panika yaşanır və yüksək təhlükəsizlik tədbirlərinin alındığı bildirilir.

İranın müharibənin şiddətlənməsi ilə idarəetmə səviyyəsində diqqətçəkən inkişaflar baş verir. "New York Times"a danışan mənbələrə görə, paytaxt Tehranda təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb və yüksək səviyyəli şəxslərin hərəkət sərbəstliyi ciddi şəkildə məhdudlaşdırılıb. Xəbərdə İsrail və ABŞ-nin yalnız hərbi komandirləri deyil, həm də rejimin siyasi və təhlükəsizlik quruluşunda mühüm rol oynayan şəxsləri hədəf alacağına dair ciddi bir narahatlığın ortaya çıxdığı qeyd edilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az