"Ölkəmiz heç vaxt NATO üzvü olmayacaq"

13:30 - 27 Oktyabr 2024

\"Ölkəmiz heç vaxt NATO üzvü olmayacaq\"

"Serbiya 1999-cu ildə Şimali Atlantika Alyansının (NATO) bombardmanlarının nəticələrini xatırlayır və heç vaxt bu təşkilata qoşulmayacaq".

 

Manset.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.

O, 25 il əvvəl Serbiya sakinlərinin NATO-nun bombardmanının qurbanı olduqlarını və Belqradın tamamilə dağıldığını xatırladıb.

"Bundan sonra da sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq. Biz müstəqil və azad siyasət yürüdürük", - deyə nazir vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az