Dünən gecə saatlarından etibarən Gədəbəy rayonuna qar yağıb.
Manset.az xəbər verir ki, Qar rayonun əsasən dağ kəndlərinə yağıb. Qarın qalınlığı təxminən 15-20 sm çatıb.
Hazırda rayon mərkəzindən dağ kəndlərinə aparan avtomobil yolları qardan təmizlənib və işlək vəziyyətdədir.//BAKU.WS