Bakıda məşhur generalın restoranı CƏRİMƏLƏNDİ - BU SƏBƏBƏ GÖRƏ (FOTO)

10:50 - 12 Noyabr 2021

Bakıda məşhur generalın restoranı CƏRİMƏLƏNDİ - BU SƏBƏBƏ GÖRƏ (FOTO)

Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

 

Manset.az-ın məlumatına görə, AQTA tərəfindən keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Koroğlu Rəhimov küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;

2. Bakı şəhəri, Yasamal ‎‎rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs “XS-500 Group” MMC-yə məxsus “Atlantis” restoranı.

 

Manset.az-ın əldə etdiyi məlumata görə,  AQTA tərəfindən cərimələnən "Atlantis" restoranı Azərbaycan Respublikasının keçmiş Hərbi Komissarı və millət vəkili, general-leytenant Əliağa Hüseynova məxsusdur.

Əli Vəliyev

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az