Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu

08:40 - 12 Noyabr 2021

Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu

Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan ötən gün ölkənin ictimai televiziyasına müsahibə verib.

 

Manset.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qriqoryan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirəcək avtomobil yolunun keçəcəyi marşrut xətti barədə də danışıb.


"Əgər Azərbaycan Naxçıvanla əlaqə saxlamaq istəyirsə, Xınzirək-Biçənək yolundan istifadə etmək məqbuldur. Hazırda müzakirələr davam edir",- deyə Qriqoryan söyləyib.


Qeyd edək ki, Xınzirək kəndi Ermənistanın Gorus şəhəri yaxınlığında, Biçənək kəndi isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşir.

 

modern.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az