Sentyabrın 21-də Naxçıvan şəhəri, Heydər Əliyev prospektində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında aksiya təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək, əvəzində ekoçanta əldə edə biləcəklər.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.