logo
logo logo
logo

Naxçıvanda ilk dəfə “tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

12:31 - 16 Sentyabr 2024

Naxçıvanda ilk dəfə “tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

Sentyabrın 21-də Naxçıvan şəhəri, Heydər Əliyev prospektində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında aksiya təşkil olunacaq.


Nazirliyin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək, əvəzində ekoçanta əldə edə biləcəklər.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az