"Ötən il sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb" - ADY

18:35 - 30 Yanvar 2025

\"Ötən il sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb\" - ADY

2024-cü ildə hərəkətdə olan sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb.

 

Bu barədə Manset.az Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.

Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb.

Qatara ziyan vuranlar Azərbaycanın qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər.

“ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir”, - deyə qurumun məlumatında deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az