Bakıda sərnişin və sürücü arasında DAVA - VIDEO

12:09 - 27 Noyabr 2021

Bakıda sərnişin və sürücü arasında DAVA - VIDEO

Bu gün Bakı şəhər Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü hücuma məruz qalıb.

Manset.az xəbər verir ki, 30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib.

Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub və sürücünü təhqir edərək onu döyməyə, zərbələr endirməyə başlayıb. Xuliqanlıq əməlinə davam erən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb.

Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra xuliqanlıq edən şəxs nəqliyyat vasitəsindən endirilib.

Xəsarət alan sürücüyə tibbi yardın göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə müraciət edilib, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az