Qızardılmış ət, "Fast food", şəkərli içkilər və yağlı süd məhsullarının həddindən artıq istehlakı bağırsaqların iltihabi xəstəliklərinin və bağırsaq xərçənginin inkişaf riskini artırır.
Manset.az xarici KİV-ə istinadən bildirir ki, mədə-bağırsaq sağlamlığı üçün ən faydalı olan pəhrizləri müəyyən etmək üçün tədqiqatçılar oxşar mövzuda əvvəllər dərc edilmiş elmi məqalələrə baxış keçiriblər.
İcmal altı pəhriz nümunəsinə baxıb: Aralıq dənizi pəhrizi, yüksək lifli pəhriz, bitki əsaslı pəhriz, yüksək proteinli pəhriz, ketogenik pəhriz və Qərb pəhrizi. Bəlli olub ki, Qərb pəhrizinə riayət etmək iltihablı bağırsaq xəstəliyi və bağırsaq xərçəng üçün risk faktorudur. Alimlər izah ediblər ki, Qərb pəhrizinin zərərli təsirləri yağ və şəkərin həddindən artıq istehlakı ilə bağlıdır.
Yeganə