Ölkənin
birinci bankı Kapital Bank Visa şirkətinin keçirdiyi qiymətləndirmədə 4
nominasiya üzrə mükafat qazanıb. Bu mükafatlar Kapital Bank-ın müxtəlif hədəf
qruplarına yönəlik yenilikçi və funksional həllərinin uğurla tətbiq olunduğunu
bir daha təsdiqləyir.
Tələbələr
üçün nəzərdə tutulan “TələbəPlus” kartı həm gündəlik ehtiyacları qarşılayan, həm
də endirim və üstünlüklər təqdim edən unikal bir məhsul kimi qiymətləndirilib.
Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu layihə
sayəsində tələbələr nəinki alış-veriş zamanı xüsusi güzəştlərdən yararlanır, həm
də universitetlərə giriş-çıxış, təqaüd köçürmələri kimi funksiyaları bir kartda
birləşdirən innovativ yanaşmadan faydalanırlar. Məhz bu çoxfunksiyalı və
praktiki həllə görə layihə Visa tərəfindən “Launch of TələbəPlus” mükafatına
layiq görülüb.
Qadın
sahibkarlığının dəstəklənməsi məqsədi daşıyan She’s Next təşəbbüsü çərçivəsində
bankın fəaliyyəti də yüksək qiymətləndirilib. Bank yerli qadın bizneslərinin
inkişafına, onların maliyyə savadlılığının artırılmasına və davamlı dəstək göstərilməsinə
verdiyi töhfəyə görə “Launch of She’s Next Project” mükafatı ilə təltif edilib.
Kapital
Bank həmçinin əməkhaqqı layihələrinin rəqəmsallaşdırılması sahəsində təqdim
etdiyi “Bir Ecosystem Salary” həlli ilə fərqlənərək, “Bir Ecosystem Salary”
mükafatını qazanıb. Qeyd edək ki, bu layihə əməkhaqqı ödənişlərini daha şəffaf,
sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradır.
Visa
tərəfindən dəyərləndirilən digər uğurlu layihə isə fərdi müştərilər üçün təqdim
olunan “Visa Infinite Miles Dark” kartı olub. “Launch of Visa Infinite Miles
Dark” mükafatının qalibi olan kart istifadəçilərə ödəniş etdikcə millər
toplamaq imkanı yaradır və həmin milləri yalnız aviabiletlərə deyil, həm də
PASHA Travel vasitəsilə fast track xidmətləri, həmçinin viza dəstəyi, tur
paketləri, avtomobil icarəsi, otel rezervasiyası və CIP/VIP zallarına giriş
kimi müxtəlif səyahət məhsullarına dəyişmək imkanı təqdim edir. Bu yanaşma müştərilərə
daha çevik və geniş səyahət təcrübəsi qazandırır.
Ölkənin
birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün
https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.