Görüntüləri yayılan şəhid anasından yeni VİDEO

16:45 - 27 May 2025

Görüntüləri yayılan şəhid anasından yeni VİDEO

Füzuli rayonunda şəhid Vüqar Zamanovun anası Lətifə Zamanovanın bir kişiyə qarşı təhqiramiz hərəkətlər etməsi və həmin hadisəyə dair yayılan görüntülər cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub.


Manset.az xəbər verir ki, Lətifə Zamanova bu gün yayımladığı videomüraciətlə hadisə ilə bağlı fikirlərini bölüşüb və vəziyyətə aydınlıq gətirməyə çalışıb.

Onun sözlərinə görə, həyat yoldaşının vəfatından sonra, oğlunun xatirəsinə hörmətsizlik edən şəxsi şəxsən cəzalandırmaq qərarına gəlib:

“Oğlumun xatirə lövhəsi qarşısında hörmətsiz davranış sərgilədiyi üçün bu addımı atmağa məcbur oldum. Sonra isə oğlumun ünvanına nalayiq sözlər dediyi üçün, bir şəhid anası olaraq buna dözə bilmədim və mən də həmin sözlərlə cavab verdim. Elə bir şəhid anası yoxdur ki, belə sözlərə səssiz qalsın. Daha sonra həmin şəxs üzr istədi, diz çöküb yalvardı, sərxoş olduğunu dedi və mən də onu bağışladım”.

L.Zamanova həmçinin oğlu və özü haqqında deyilən bəzi fikirlərlə razılaşmadığını bildirib. O, media qurumlarından və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı yayımlanan görüntülərin silinməsini xahiş edib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov Vətən müharibəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi iştirak edib. O, 5 noyabr 2020-ci il tarixində Daşaltı döyüşlərində şəhid olub və Horadiz qəsəbəsində dəfn edilib. Ölümündən sonra müxtəlif medallarla təltif olunub.






Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv