Qəbələ rayonunun Nohurqışlaq kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, kənd ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Mehdiyev Elvin Telman oğluna məxsus torpaq sahəsindən keçən D=108 mm-lik aşağı təzyiqli qaz xəttinin və Şabəddinov Mansur Ağalar oğluna məxsus torpaq sahəsinin qarşısından keçən D=57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar mayın sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Nohurqışlaq kəndində 350 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
***
Oğuz rayonunun bir neçə kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.
Bildirilib ki, rayonun Kərimli kəndi ərazisində D=219 mm-lik yerüstü orta təzyiqli daşıyıcı qaz xətti üzərində ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Xaçmaz, Xaçmaz Qışlaq, Dəymədərə, Sincan, Tərkeş, Dəymədağlı, Böyük Söyüdlü və Qarabulaq kəndlərində ümumilikdə 2 244 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.