Uzun müddət oturmaq beyini kiçildir - Araşdırma

00:30 - 29 May 2025

Uzun müddət oturmaq beyini kiçildir - Araşdırma

ABŞ və Cənubi Koreyada aparılan birgə araşdırma uzun müddət oturmağın təkcə fiziki deyil, beyin sağlamlığına da mənfi təsir etdiyini ortaya qoyub.


Manset.az xarici mediaya istinadla bildirir ki, alimlər 50 yaşdan yuxarı 404 nəfəri bir həftə ərzində izləyərək, insanların oturma müddətinin beyin həcminin kiçilməsi və koqnitiv geriləmə ilə əlaqəli olduğunu müəyyən ediblər.

Araşdırma göstərib ki, gündəlik tövsiyə olunan idman norması yerinə yetirilsə belə, oturaq həyat tərzi beyin quruluşuna zərər vurur. Xüsusilə, yaddaş üçün mühüm olan hipokampus bölgəsində incəlmə müşahidə olunub. Bu da Alzheimer riskinin artması ilə əlaqələndirilir.

Nevroloqlar oturmaqla keçən vaxtın azaldılmasının idman qədər vacib olduğunu vurğulayırlar. Mütəxəssislər tez-tez fasilə verməyi, kiçik hərəkətlərlə belə beyin sağlamlığını qorumağı tövsiyə edirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv