Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Manset.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək İlqar Zülfüqarov küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.