Bağlanan məşhur istirahət mərkəzi fəaliyyətini bərpa edəcək - YENİLƏNİB 

22:49 - 29 May 2025

Bağlanan məşhur istirahət mərkəzi fəaliyyətini bərpa edəcək - YENİLƏNİB 

Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən Duyma Hotel İstirahət və Sağlamlıq Mərkəzi fəaliyyətini bərpa edəcək. 


Manset.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə hotelin sahibi Orxan İbrahimli məlumat verib. 

Onun sözlərinə görə, hotel təmir işləri ilə əlaqədar olaraq, üç aydır fəaliyyətini dayandırıb.

Sahibkar hazırda iaşə müəssisəsində təmir-bərpa işlərinin davam etdirildiyini bildirib. 

O həmçinin iyun ayından etibarən hotelin fəaliyyətini bərpa edəcəyini söyləyib.


***

11:06

Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən Duyma Hotel İstirahət və Sağlamlıq Mərkəzi fəaliyyətini dayandırıb.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hotel hazırda satışa çıxarılıb. 
Altı hektar sahəyə malik olan istirahət mərkəzinin ərazisində 38 otaqdan ibarət üç mərtəbəli hotel binası mövcuddur.
İaşə müəssisəsinin bağlanması və satışa çıxarılmasının səbəbi açıqlanmayıb. Sahibinin adı açıqlanmayan hotel alıcılara 6 milyon dollara təklif olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv