Xəbər verdiyimiz kimi, ötən gün Laçında Həkəri çayı sahilində 28 May - Müstəqillik Gününə həsr edilən konsert keçirilib. Konsertdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif də iştirak edib.
Manset.az xəbər verir ki, konsertdə liderlər mərhum müğənni Məhəbbət Kazımovun “Laçınım” mahnısını dinləyiblər.
Qeyd edək ki, “Laçınım” mahnısı ilə tanınan Məhəbbət Kazımov 1953-cü ildə Laçının Çorman kəndində anadan olub.
Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Sözügedən görüntüləri təqdim edirik: