Narkomaniyaya qarşı maarifləndirmə tədbirləri keçirildi - FOTOLAR

17:27 - 29 May 2025

Narkomaniyaya qarşı maarifləndirmə tədbirləri keçirildi - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasında və “Şəmkir” sərhəd dəstəsində Respublika Hərbi Prokurorluğunun əməkdaşları ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın icrası çərçivəsində tədbir keçirilib.


DSX-nin mətbuat mərkəzindən Manset.az-a verilən məlumata görə, çıxış edənlər şəxsi heyətə narkomaniyanın fəsadlarından, narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən, xüsusilə mərkəzi sinir sisteminə, psixi sağlamlığa və ümumi həyat keyfiyyətinə mənfi təsirlərindən danışıb, onun sosial-mədəni problemlərə yol açdığını, ailə münasibətlərinin pozulması, iş qabiliyyətinin azalması, eləcə də kriminal hadisələrin artması kimi ciddi nəticələrə səbəb olduğunu qeyd ediblər.

Bildirilib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında sağlam həyat tərzinin təşviqi, hüquqi biliklərin artırılması və narkotik vasitələrə qarşı ictimai həssaslığın gücləndirilməsidir.

Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılıb, fikirləri dinlənilib və narkomaniyaya qarşı mübarizədə fərdi məsuliyyətin əhəmiyyəti vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv