Sadəcə 4 saat yuxu? - Təhlükəyə yol açır

22:36 - 29 May 2025

Sadəcə 4 saat yuxu? - Təhlükəyə yol açır

İsveçin Uppsala Universitetində aparılan yeni araşdırma az yuxunun ürək sağlamlığına ciddi təsirlərini üzə çıxarıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, alimlər tərəfindən aparılan tədqiqat göstərib ki, cəmi üç gecə ardıcıl olaraq az – gündə sadəcə 4 saat yatmaq belə ürək xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Tədqiqatda 16 sağlam insan iştirak edib. Onlar iki fərqli yuxu rejiminə əməl ediblər: birinci mərhələdə üç gün ərzində normal olaraq 8,5 saat yuxu alıblar, ikinci mərhələdə isə yuxuları üç gün ərzində 4,25 saatla məhdudlaşdırılıb.

Nəticələrə görə, az yatmaq ürək-damar xəstəlikləri, o cümlədən ürək çatışmazlığı, koronar arteriya xəstəliyi və atrial fibrilasiya kimi ciddi problemlərə yol açır. 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv