“Bakalavr səviyyəsi üzrə II -III qrup imtahanlarının suallarının çətin olduğunu deyənlər məsələyə düzgün yanaşmır”.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.
“İmtahanın modeli dekabr ayında elan olunub. Model testlər ictimaiyyətə açıqlanıb. Fevralın sonunda həmin model əsasında sınaq imtahanı da keçirdik. Heç bir problem yaranmadı.
İndi çətinlik haqda danışanlar məsələyə düzgün yanaşmır. Hələ nəticələr açıqlanmayıb. I-IV ixtisas qrupları üzrə imtahan II-III qrup imtahanları ilə eyni səviyyədə olacaq”, - o bildirib.
Qeyd edək ki, mayın 25-də II və III ixtisas qruplarına qəbulun I cəhdi üzrə imtahanlar keçirilib. Müəllimlər, abituriyentlər, eləcə də ictimaiyyət nümayəndələri sualların çətin olduğunu, hətta tarix fənnindən MİQ səviyyəsində suallar salındığını vurğulayıblar.