Mütəxəssislər xəbərdarlıq edir ki, hər gecə 7-8 saat yatmaq sağlamlıq üçün vacibdir. Lakin bəzən yuxusuzluq qaçınılmaz olur və bu, orqanizmə ciddi təsir göstərir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yuxu texnologiyası üzrə aparılan sınaqlar göstərib ki, yuxu rejimi pozulduqda qan dövranı zəifləyir, dəri solğunlaşır və canlılığını itirir. Həmçinin kortizol səviyyəsi yüksəlir, bu isə dəriyə zərər verir – qıcıqlanma, qaşınma və həssaslıq artır. Yuxusuzluqdan əziyyət çəkənlərin 24%-i həssas dəriyə, 15%-i isə kövrək dırnaqlara sahib olduqlarını bildirib.
Eyni zamanda, yuxu çatışmazlığı hormon balansını pozaraq aclıq hissini gücləndirir və çəki artımına səbəb olur. Araşdırmaya görə, kifayət qədər yatmayan insanların 26%-i artıq çəkidən, 32%-i isə şişkinlikdən əziyyət çəkir.
Bundan başqa, kişilərdə qarın, qadınlarda isə omba nahiyəsində piylənmə müşahidə olunur.