Sərnişinlərə şad xəbər - Sabahdan bu yenilik olacaq

13:50 - 01 İyun 2025

Sərnişinlərə şad xəbər - Sabahdan bu yenilik olacaq

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir. Şəhər sakinləri günün isti saatlarında ictimai nəqliyyatda istidən əziyyət çəkdiklərini bildirirlər. Qeyd edək ki, Bakıda temperatur bəzən 30 dərəcəyə çatır.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 15 may 2025-ci ildən etibarən müvəqqəti istismarda olan marşrut xətlərində kondisionerlərin işlək vəziyyətdə saxlanılması daşıyıcı şirkətlərin diqqətinə çatdırılıb.

Daşıyıcı şirkətlərlərdən verilən məlumata görə, avtobuslarda kondisionerlərin istifadəsinə iyunun 2-dən etibarən başlanacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv