"Bakcell" Azərbaycanın milli
qüruru - şəhid övladlarını 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə
təbrik edib. “YAŞAT” Fondunun təşəbbüsü ilə həyata keçirilən ölkəmiqyaslı
"Hədiyyə Karvanı” sosial layihəsi çərçivəsində “Bakcell” Azərbaycanın ərazi
bütövlüyünün qorunması uğrunda canından keçmiş qəhrəmanların övladlarını xüsusi
diqqət və qayğı ilə sevindirib. "Hədiyyə Karvanı" layihəsi ölkəmizin
bütün regionlarından 1700-dək uşağı əhatə edir. Bu təşəbbüs “Bakcell”in
dayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindəndir.
"NEQSOL Holding"in tərkibinə daxil olan “Bakcell”, “YAŞAT” Fondu ilə
birgə şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə sosial dəstək layihələrini
davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və
“YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata
keçirilir.
“Bakcell” Azərbaycanda, həmçinin Qarabağ bölgəsində gələcək nəsillərin rifahı və
inkişafı üçün sosial məsuliyyət fəaliyyətlərini daima diqqət mərkəzində
saxlayır.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.