Şəkidə 27 yaşlı gənc itkin düşüb.
Manset.az-ın məlumatına görə, rayonun Çeşməli kənd sakini, 1994-cü il təvəllüdlü Azər Allahverdi oğlu Həsənov dekabrın 3-ü səhər saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə itkin düşən A.Həsənovun atası Allahverdi Həsənov ərizə ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət edib.