Prosport Gimnastika Klubunun 3-cü beynəlxalq turniri keçirildi

19:58 - 16 İyun 2025

Prosport Gimnastika Klubunun 3-cü beynəlxalq turniri keçirildi

Prosport Gimnastika Klubunun təşkilatçılığı ilə 3-cü ənənəvi xarakter daşıyan beynəlxalq ritmik gimnastika turniri (3rd FCHAİN Cup in Rhythmic Gymnastics) keçirilib.


Manset.az xəbər verir ki, yarışda Gürcüstan, Mərakeş, Fransa və Serbiyadan olan gimnastlarla yanaşı, Azərbaycanın müxtəlif klublarını təmsil edən yeniyetmələr də iştirak ediblər. Ümumilikdə turnirdə 150-yə yaxın gimnast gücünü sınayıb.

Turnirin təşkilatçıları – beynəlxalq və milli dərəcəli hakimlər və məşqçilər Leyla Hüseynli və Samirə Səlimzadə bildiriblər ki, bu cür yarışlar yeniyetmə gimnastlara əlavə motivasiya verir və onların inkişafında mühüm rol oynayır.

Qaliblər və mükafatçılar diplom, medal və müxtəlif hədiyyələrlə təltif olunublar. Təşkilatçılar yarış iştirakçılarına gələcək turnirlərdə də uğurlar arzulayıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az