Sabah Bakıda bu yol bağlanacaq - XƏBƏRDARLIQ

16:47 - 17 İyun 2025

Sabah Bakıda bu yol bağlanacaq - XƏBƏRDARLIQ

18 iyun saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az