Sabah bu ərazilərdə işıq olmayacaq

18:12 - 04 Avqust 2025

Sabah bu ərazilərdə işıq olmayacaq

Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 5 avqust tarixində gücləndirmə işləri həyata keçiriləcək.


Manset.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 01:00-dan saat 06:00-dək rayonun Azadlıq prospekti, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Qulu Quliyev, İmran Qasımov, Akademik Mirəsədulla Mirqasımov, Feyzulla Qasımzadə, Abbas Səhhət, Mirəli Qaşqay, Ceyhun Hacıbəyli küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az