Ürək böhranı hər il milyonlarla insanın ölümünə səbəb ola bilər. Soyuq tərləmə kimi simptomlar infarktın ən çox görülən əlamətləri arasındadır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər 7 əlamətə ciddi yanaşmağın həyati əhəmiyyət daşıdığını vurğulayırlar.
Ən çox rast gəlinən infarkt əlamətləri:
-
Sinə ağrısı və ya narahatlıq – Mərkəzdə təzyiq, yanma, ağırlıq kimi hiss olunur və bəzən qola, boyuna, çənəyə yayılır.
-
Nəfəs darlığı – Sinə ağrısı ilə və ya təkbaşına da baş verə bilər.
-
Soyuq tər – Qəfildən başlayan soyuq tər əsas siqnallardan biridir.
-
Ürək bulanması və qusma – Xüsusilə qadınlarda daha çox rast gəlinir.
-
Baş gicəllənməsi və huşsuzluq – Qan axınının azalması ilə bağlıdır.
-
Nizamsız ürək döyüntüləri – Ürək ritmi sürətlənə, zəifləyə və ya pozula bilər.
-
Ani yorğunluq və zəiflik – Qadınlarda infarktın gizli əlaməti ola bilər.