Araşdırmalar göstərir ki, bədənin təbii enerji səviyyəsinin aşağı olduğu vaxtlarda qəhvə içmək daha faydalıdır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər qəhvədən maksimum fayda almaq üçün içmə vaxtının düzgün seçilməsinin vacib olduğunu bildirirlər.
Klivlend Klinikasının araşdırmalarına əsasən, səhər tezdən qəhvə içmək bədəndə yüksək olan kortizol hormonunun təsirini zəiflədə bilər. Ən faydalı qəhvə vaxtı isə səhər saat 9:30–11:30 arasıdır. Bu saatlarda kortizol səviyyəsi düşür və kofeinin stimullaşdırıcı təsiri daha güclü olur.
-
Sağlam yetkinlər üçün gündəlik maksimum kofein dozası 400 mq-dır.
-
Hamilə qadınlar isə bu miqdarı 200 mq-dan az saxlamalıdırlar.
Həddindən artıq kofein qəbulunun yuxusuzluq, ürək döyüntüsü və narahatlıq kimi mənfi təsirlərə səbəb ola biləcəyi bildirilib.