“iPhone 17”nin görüntüləri yayıldı - VİDEO

01:30 - 03 Sentyabr 2025

“iPhone 17”nin görüntüləri yayıldı - VİDEO

“iPhone 17 Pro Max”ın videosu cihazın elan edilməsindən bir həftə əvvəl internetə sızıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu “Weibo”dakı bloqunda “Ice Universe” ləqəbli tanınmış insayder yayıb.

Belə ki, mütəxəssis “Apple”ın flaqman smartfonu olduğu güman edilən videonu yayımlayıb. Görüntülərə əsasən, cihaz “iPhone 16 Pro Max”dan xeyli fərqlənir. Cihazın arxa panelində iki düzbucaqlı blok var: yuxarıda lidar və flaşlı üçlü kamera, aşağıda “Apple” loqosu.

Həmçinin videoda oxşar dizayna malik bir neçə smartfonu görə bilərsiniz. Görünür, video anbarda qeydə alınıb. Videoda “iPhone” bir neçə rəngdə göstərilib.

Qeyd edək ki, “iPhone 17”nin təqdimatı sentyabrın 9-da baş tutacaq.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az