Sentyabrın 7-nə keçən gecə Günəşdə M sinifli partlayış baş verib.
Manset.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“Moskva vaxtı ilə saat 01:15-də 4207 (N28W16) günəş ləkələri qrupunda rentgen diapazonunda 10 dəqiqə davam edən M1.2 alışması qeydə alınıb”, - deyə bildirilib.
Qeyd edək ki, Günəş alovları radiasiya gücünə görə beş sinifə təsnif edilir: A, B, C, M və X, burada A ən zəif, X isə ən güclüdür. Hər bir sonrakı hərf gücün 10 qat artması deməkdir.
Sent-Endryus Universitetinin alimləri yeni müəyyən ediblər ki, günəş alovlarında olan hissəciklər əvvəllər düşünüldüyündən 6,5 dəfə çox qızır. Partlayışlar zamanı ulduzun xarici atmosferində plazmanın temperaturu 10 milyon °C-dən yuxarı qalxır. Onlar peyklər və astronavtlar üçün təhlükə yaradan rentgen və ultrabənövşəyi şüaların axını artırır, həmçinin Yer atmosferinin yuxarı təbəqələrinə təsir göstərir.