- Müasir tibbin əsas prinsiplərindən biri ondan ibarətdir ki, sağlamlığın qorunması və bərpası yalnız həkim müdaxiləsi ilə məhdudlaşmır, həm də müalicə prosesinin keçirildiyi şəraitdən asılıdır. Peşəkar tibbi heyətin fəaliyyəti, güclü müalicə-diaqnostika bazası, rahat infrastruktur və əlverişli təbii amillər birləşdikdə, nəticə daha səmərəli olur. Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən və Xəzər rayonunda yerləşən “Abşeron” Sağlamlıq Mərkəzi nümunəvi müəssisələrdən biridir.
Manset.az-ın məlumatına görə, mərkəz təxminən 17 hektar ərazidə salınmışdır.
Burada iki yataq korpusu, müalicə bloku, klub, konfrans zalı, istirahət və
yaşıllıq zonaları, gəzinti yolları mövcuddur. Ümumilikdə 200-dən çox yer nəzərdə
tutulmuşdur ki, bu da eyni vaxtda həm geniş auditoriyaya xidmət göstərməyə, həm
də rahat və sakit mühit yaratmağa imkan verir.
“Abşeron”un
əsas ixtisaslaşma istiqaməti həzm sistemi xəstəliklərinin müalicəsidir. Bu sahədə
təcrübəli qastroenteroloqlar, dietoloqlar, fizioterapevtlər və reabilitoloqlar
çalışır. Müasir kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika
kabinetləri, ultrasəs və endoskopiya avadanlıqları xəstəliklərin erkən mərhələdə
aşkarlanmasına və müalicənin nəticələrinin dəqiq izlənilməsinə şərait yaradır.
Sağlamlıq
proqramı geniş çeşidli prosedurları əhatə edir. Mineral vannalar, sualtı masaj,
infraqırmızı sauna, Şarko duşu, qaloterapiya, hidro-kolonoterapiya, parafin və
palçıq müalicəsi, maqnitoterapiya, vakuum və ultrasəs terapiyası bu sıradadır.
Bundan əlavə, ozonoterapiya, damardaxili müalicə üsulları, darsonval, elektron
neyrostimulyasiya, amplipuls-terapiya və zərbə-dalğa terapiyası da tətbiq
olunur. Relaksasiya üçün “Relounge” qurğusu vasitəsilə əzələ və sinir gərginliyinin
aradan qaldırılması mümkündür.
Diyetoterapiya
xüsusi diqqət mərkəzindədir. Yeməklər mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət
çəkənlərin ehtiyaclarına uyğun hazırlanır, menyular dietoloqlar tərəfindən tərtib
edilir. Milli mətbəxin ənənələri qorunmaqla, qidalanma balanslaşdırılmış və
sağlamlıq baxımından faydalı şəkildə təşkil olunur.
Kompleksin
mühüm üstünlüyü müasir tibbi texnologiyalardan istifadə ilə bağlıdır. Burada
qastro-duodenoskopiya, ultrasəs müayinələri, yeni nəsil fizioterapiya cihazları
vasitəsilə müalicə aparılır. Eyni zamanda, ozon kapsulu və “Emsella” avadanlığı
kimi innovativ üsullar uğurla tətbiq olunur.
“Abşeron”da
istirahətçilərin rahatlığı da tam təmin edilmişdir. Korpuslarda əsaslı təmir
aparılmış, yeni liftlər quraşdırılmış, əlilliyi olan şəxslər üçün şərait
yaradılmışdır. Kompleks fasiləsiz enerji, müasir kanalizasiya sistemi,
videomüşahidə, sürətli internet və IP-telefon rabitəsi ilə təmin olunur. Ərazidə
yaşıllıqlar salınmış, gəzinti yolları və istirahət guşələri yenilənmişdir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası müəssisənin inkişafına xüsusi diqqət
yetirir. Mərkəz mütəmadi olaraq yenilənir, müasir avadanlıqlarla təchiz edilir
və hər il minlərlə insana xidmət göstərir. Bu, həm yerli əhalinin, həm də
xarici qonaqların sağlamlığının bərpasına töhfə verir.
Mərkəzdə
müalicə alan şəxslərdən biri, israilli rəssam Mila Kreynoviç xidmət səviyyəsini
yüksək qiymətləndirərək, həkimlərin peşəkarlığını, tibbi xidmətin keyfiyyətini
və düzgün qurulmuş dietik qidalanmanı xüsusi qeyd etmişdir.
Bu gün
“Abşeron” Sağlamlıq Mərkəzi ölkəmizin sanator-kurort sistemində mühüm mövqeyə
malikdir. Burada tibbi ənənələr müasir yanaşmalarla birləşdirilir, vətəndaşlara
və xarici qonaqlara yüksək səviyyəli xidmət göstərilir. Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının dəstəyi ilə yaradılmış bu müəssisə
sanator-kurort sisteminin incisi kimi dəyərləndirilə bilər.