Fəaliyyətinə icazə verilən plastik cərrahların SİYAHISI

10:56 - 18 Fevral 2026

Fəaliyyətinə icazə verilən plastik cərrahların SİYAHISI

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb.


Manset.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib.

Hazırda sistemə daha 3 cərrah - Rauf Əşrəfov, Aytac Ağayeva və Nərmin Babazadənin adı əlavə edilib. Siyahıda ümumilikdə 45 plastik cərrahın adı yer alıb.

Qeyd edək ki, ötən il Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Komissiyanın müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq bu linkdə yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az