ADSEA Bakı KOB Evində sahibkarlarla görüş keçirib.
Manset.az xəbər verir ki, tədbir çərçivəsində “KOB-ların yaşıl keçidi: Su
resurslarının səmərəli istifadəsi, KOB-ların yaşıl keçidi üçün Bakı İqlim
Koalisiyası üzrə Birgə Bəyannamənin, “Su həyatdır” layihəsinin, ADSEA tərəfindən
göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Brayl əlifbası ilə
hazırlanmış kitabçanın, qaydalar və qoşulma prosesləri barədə video-rolikin təqdimatı
həyata keçirilib. Tədbirdə həmçinin kənd təsərrüfatında fəaliyyət göstərən
KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə, Su şəbəkəsinə
qoşulmalar üzrə cari dövrün hesabatları, ADSEA tərəfindən göstərilən xidmətlərin
KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqi üsulları təqdim olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov ADSEA-nın, KOBİA-nın İdarə
Heyəti sədrinin birinci müavini Samir Hümbətov KOBİA-nın su təchizatına qoşulma
istiqaməti üzrə fəaliyyəti barədə çıxış ediblər.
KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur
Əliyev su resurslarının səmərəli istifadəsi və KOB-ların yaşıl keçidi üçün Bakı
İqlim Koalisiyası üzrə Birgə Bəyannaməni, “SmartNation” İnsan İnkişafı
platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova “Su həyatdır”
layihəsini, “İrrigaton.az” platformasının təsisçisi Fuad İbadov kənd təsərrüfatında
fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə
fiikirlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Texniki şərtlərin
hazırlanması və abonentlərlə işin təşkili şöbəsinin müdiri Yusif Əhədi su şəbəkəsinə
qoşulmalar üzrə cari dövr ərzində hesabatları, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı
Xidməti” PHŞ-in Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin
Strateji inkişaf sektorunun müdiri Nicat Əhmədli su şəbəkəsinə qoşulmalar üzrə
cari dövr ərzində hesabatları, Xidmətin Strateji İnkişaf və ASAN Mərkəzlərlə
işin təşkili şöbəsinin müdiri Vüqar Bayramov ADSEA tərəfindən göstərilən xidmətlərin
KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqini, Xidmətin Strateji İnkişaf və
ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin “ASAN Xidmət” və KOB Evləri ilə işin təşkili
və müraciətlərin qəbulu sektorunun müdiri Bəhruz İsrafilov ADSEA tərəfindən
göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Brayl əlifbası ilə
hazırlanmış kitabçanı, Xidmətin İctimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin
qəbulu şöbəsinin müdiri Ceyhun Musayev Qaydalar və qoşulma prosesləri barədə
video-roliki təqdim ediblər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul
vəzifəli şəxsləri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin məsul vəzifəli şəxsləri, “Caspian Energy Club”ın əməkdaşları,
sahibkarlar, qeyri-hökümət təşkilatları və media nümayəndələrinin iştirakı nəzərdə
tutulur.