Payız və qış aylarında günəş işığının azalması səbəbindən D vitamini çatışmazlığı riskləri artır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu dövrdə xüsusilə uşaqlar, yaşlılar və qapalı mühitdə işləyənlər risk altındadırlar.
D vitamininin 80–90 faizi günəş işığı ilə sintez olunur, qidalar isə bu ehtiyacın yalnız 10–20 faizini ödəyə bilir. Çatışmazlıq hallarında yorğunluq, əzələ zəifliyi, sümük və əzələ ağrıları müşahidə olunur. Uzunmüddətli çatışmazlıq immunitetin zəifləməsinə, infeksiyalara qarşı həssaslığın artmasına, osteoporoz və sınıqlara səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, somon, ton balığı, yumurta sarısı və qaraciyər kimi qidalar D vitamini baxımından zəngin olsa da, tək başına kifayət etmir. Günəşə az məruz qalan şəxslərin həkim müayinəsindən keçməsi tövsiyə olunur.