Yaddaşımız niyə zəifləyir?

08:00 - 12 Oktyabr 2025

Yaddaşımız niyə zəifləyir?

Əvvəllər çox şeyi əzbərləyirdik, indi isə sadə məlumatları belə telefonsuz xatırlaya bilmirik. Bunun əsas səbəbi beynimizin yaddaş funksiyasını texnologiyaya ötürməsidir. Yaddaş da əzələ kimidir, işləmədikcə zəifləyir.


Manset.az News24.az-a istinadən xəbər verir ki, daima telefona baxmaq, məlumatı özü xatırlamaq əvəzinə axtarışa vermək beynin tənbəlləşməsinə səbəb olur. Bu vərdiş uzun müddətdə unutqanlıq, diqqətsizlik və “beyində bulanıqlıq” kimi problemlər yaradır.

Ekran qarşısında çox vaxt keçirmək uşaqlarda təxəyyül və səbirin azalmasına gətirib çıxarır. Ailə içində ünsiyyət də zəifləyir, çünki hər kəs ekranına baxır, bir-birinin gözünə yox.

Sosial media sürətli dopamin verdiyi üçün asılılıq yaradır. Nəticədə narahatlıq və tək qalma hissi artır.

Mütəxəssislər texnologiyanı düzgün istifadə etməyi və vaxtaşırı rəqəmsal fasilələr, yəni detoks etməyi tövsiyə edirlər. Səhər oyandıqda dərhal telefona baxmamaq, yatmazdan əvvəl ekranı söndürmək və həftədə bir gün texnologiyadan uzaq qalmaq beynin yenidən bərpasına kömək edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az