Bakı-Şamaxı yolunun 85-ci kilometrliyində 90-KC-387 dövlət qeydiyyat nişanlı VAZ və 90-EE-321 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillər toqquşub.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, qəza nəticəsində VAZ markalı avtomobilin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
DİN bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb və magistral yollarda qaydalara biganə yanaşmanın ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcəyini xatırladıb.