Bakı-Qazax yolunda aparılan təmir işləri səbəbilə ciddi tıxac müşahidə olunur.
Manset.az APA-ya istinadən xəbər verir ki, yolda ləngimələr baş verib. BDYP-dən verilən məlumata görə, ərazidə hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər görülür:
“Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 98-ci km-dən 104-cü km-ə qədər aidiyyəti qurum tərəfindən təmir işləri gedir. Hazırda sözügedən ərazidə BDYP-nin stasionar postun əməkdaşları tərəfindən hərəkət tənzimlənir”.