“Avromed” uşaq qidalarını qiymətini qaldırdı - YENİ QİYMƏTLƏR

14:51 - 24 Oktyabr 2025

“Avromed” uşaq qidalarını qiymətini qaldırdı - YENİ QİYMƏTLƏR

Son aylarda Azərbaycanda uşaq qidalarının qiymətlərində kəskin bahalaşma müşahidə olunur.  Hazırda bazarda satılan tanınmış brendlərə aid süni qidaların qiyməti aylıq olaraq yüzlərlə manata qədər qalxa bilir. Bu isə minimum gəlirli və ya birdən çox uşağı olan ailələr üçün böyük çətinliklər yaradır. 


Manset.az paytaxt apteklərindəki süni uşaq qidalarının qiymətləri ilə bağlı araşdırma aparıb. Qiymətlər belədir:

Aptamil 800 qr - əvvəlki qiymət 44, 95 AZN; hazırkı qiymət 56 AZN

Similak 400 qr - əvvəlki qiymət 21,5 AZN; hazırkı qiymət 23,5 AZN

Similak 800 qr - əvvəlki qiymət 41 AZN; hazırkı qiymət 44 AZN

Nutrilak 350 qr - əvvəlki qiymət 10,3 AZN; hazırkı qiymət 10,8 AZN

Nutrilak 600 qr - əvvəlki qiymət 19,67 AZN; hazırkı qiymət 20,7 AZN

Friso 400 qr - əvvəlki qiymət 18,5 AZN; hazırkı qiymət 19,7 AZN

Friso 800 qr - əvvəlki qiymət 34 AZN; hazırkı qiymət 36,3 AZN

Bellakt-1 400 qr - əvvəlki qiymət 9,1 AZN; hazırkı qiymət 10,5 AZN

Bellakt-2 400 qr - əvvəli qiymət 8,5 AZN; hazırkı qiymət 9,9 AZN

Malyuk-1 400 qr - əvvəlki qiymət 8,6 AZN; hazırkı qiymət 9,3 AZN

Malyuk-2 400 qr - əvvəlki qiymət 8,89 AZN; hazırkı qiymət 9,75 AZN

Qiymətlərə nəzər saldıqda bu nəticəyə gəlmək olar ki, orta hesabla 0,5 - 12 AZN arası bahalaşma olub.

Uşaq qidalarının əlçatan olmaması ilə bağlı çətinliklər təkcə qiymətlərin baha olması ilə bitmir. Məsələn, İrlandiya istehsalı olan “Aptamil” uşaq qidası yalnız xüsusi mağazalarda və paytaxtın çox az sayda apteklərində satılır. 

Xaricdən idxal olunan bu uşaq qidasının ölkədə fəaliyyət göstərən apteklərdə deyil də, məhz bir neçə mağazada satılması da sual doğuran məqamlardandır. 

Eyni zamanda bu uşaq qidası əlçatmaz olmaqla yanaşı, qiymət baxımından "əl yandıran" qidalar kateqoriyasına da aiddir.

Qeyd edək ki, uşaq qidalarının əksəriyyətini ölkəyə “Avromed” şirkəti gətirir. İşin maraqlı tərəfi ondadır ki, “Avromed” şirkəti bir neçə gün uşaq qidalarının apteklərə paylanmasını dayandırıb və səbəb kimi anbarda məhsulun olmamasını göstərib. Lakin qısa müddət sonra həmin məhsullar qiymət artımı ilə yenidən satışa çıxarılıb.


Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az