Məşhur müğənni Aleyna Tilki Amsterdamda oğurluqla qarşılaşdığını açıqlayıb. Tilki, "Amerikada çıxış etməliydim və pasportumu tapmalıyam. Kim taparsa, ona çox dua edəcəm" - deyib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aleyna Tilki Hollandiyanın paytaxtı Amsterdamda çantasının oğurlandığını bildirib.
Sosial şəbəkə hesabında paylaşım edən məşhur müğənni çantasından pasportu, kompüteri və digər əşyalarının tapıldığını bildirib.