Çempionlar Liqasında üç oyun həftəsindən sonra Real Madrid əla çıxış edir, 9 mümkün xaldan 9-nu toplayaraq liqa mərhələsində ilk beş komanda arasında yerini möhkəmləndirir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, fərdi olaraq, ağ maykalı oyunçular parlayır: komandanın iki ulduzu turnirdə ən çox qol şansı yaradan oyunçular sırasındadır.
Siyahıya 16 qol imkanı ilə Kilian Mbappe başçılıq edir, onu 13 qolla Arda Gülər izləyir .
Bu çıxışlarla Real Madridin Avropa finalına çıxmaq şansı olduqca yüksək görünür.