Yeni epidemiya CAN ALDI - Sürətlə yayılır

15:44 - 24 Oktyabr 2025

Yeni epidemiya CAN ALDI - Sürətlə yayılır

Almaniyada E. coli (STEC) bakteriyasının törətdiyi epidemiya nəticəsində biri uşaq olmaqla iki nəfər ölüb. Səlahiyyətlilər, həmçinin əlavə bir ölümün təsdiqlənmədiyini qeyd etdi və bakteriyaların xüsusilə uşaqlara təsir etdiyi barədə xəbərdarlıq etdi.



Manset.az xarici meidaya istiandən xəbər verir ki, Robert Koch İnstitutunun (RKİ) dərc etdiyi hesabata görə, E.Coli epidemiyasında bir oğlan və bir qadının öldüyü bildirilib.

Sözügedən iki nəfərin E.Coli bakteriyası səbəbiylə böyrək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Həmçinin bildirilib ki, epidemiya ilə bağlı 90 yaşlı bir nəfər ölüb, lakin fakt tam təsdiqini tapmayıb.

RKİ-nin məlumatına görə, mövcud epidemiyadan xüsusilə 10 yaşadək uşaqlar əziyyət çəkir.

Hesabatda 22 oktyabr tarixinə epidemiyada 183 hadisənin aşkar edildiyi, digər 168 hadisədə E.Coli şübhəsinin olduğu, lakin dəqiq diaqnozun qoyulmadığı bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az