"Bank of Baku"nun bu yalançı reklamlarına İNANMAYIN

16:50 - 21 Oktyabr 2025

\"Bank of Baku\"nun bu yalançı reklamlarına İNANMAYIN

"Bank of Baku"nun kredit siyasəti narazılıq doğurub. Belə ki, müştəri "Bank of Baku"nun reklamlarında vəd etdiyi şərtlərin reallıqla üst-üstə düşmədiyini bildirərək bankın qeyri-şəffaf kredit siyasətindən şikayət edib.


Manset.az xəbər verir ki, bu barədə şikayət sosial şəbəkələrdə yazılıb. Müştəri qeyd edib ki, rəsmi olaraq 2050 manat əməkhaqqı aldığı halda, 30 min manat məbləğində krediti 59 ay müddətinə və 16.5 faiz illik dərəcə ilə götürmək istəsə də, banka dəfələrlə müraciətinə rədd cavabı alıb:

“Bu, ayda təxminən 745 manat ödəniş deməkdir və ümumi gəlirimin 36 faizi civarındadır. Kredit tarixçəm təmizdir, heç bir gecikməm və əvvəlki öhdəliklərim yoxdur. Buna baxmayaraq, məndən zəmanətçi tələb olundu və müxtəlif, əsassız səbəblərlə imtina edildi.”

O, bankın reklamlarında “5%-dək endirim”, “bizdən sərfəli kredit” kimi cəlbedici ifadələr səsləndirdiyini, lakin bu şərtlərin reallıqda tətbiq olunmadığını qeyd edib.

Müştəri əlavə edib ki, oxşar vəziyyətlə bir çox vətəndaş da üzləşib və normal gəliri olan şəxslərə belə qeyri-müəyyən cavablar verilərək, proses vaxt itkisi ilə nəticələnir. Görünür, "Bank of Baku" üçün müştəri məmnuniyyətindən çox, reklam görüntüsü ön plandadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az