Şuşada iki yaşayış kompleksinin inşasına BAŞLANILDI 

18:15 - 08 Noyabr 2025

Şuşada iki yaşayış kompleksinin inşasına BAŞLANILDI 

Gələn il Şuşada bərpa-quruculuq işləri davam edəcək. Hazırda Şuşa şəhərində intensiv tikinti işləri aparılır, iki yaşayış kompleksinin inşasına start verilib. Yaxın aylarda üçüncü yaşayış kompleksinin inşasına da başlanılacaq.


Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

“Gələn ilin sonu - 2027-ci ilin əvvəlində mərhələli olaraq binaları şuşalıların istifadəsinə verəcəyik. Keçmiş məcburi köçkünlərin növbəti köç dalğası baş tutacaq. Yaxın aylarda Sadıqcanın ev-muzeyinin bərpası bitəcək. Altı tarixi abidədə konservasiya layihələri həyata keçirilərək tamamlanacaq. Bundan başqa, bir neçə layihə də yekunlaşacaq. Şəhərin mərkəzi olan Qarabağ küçəsində inşa olunan binaların daxilində tamamlama işləri gedir. Bu, şəhərdə mehmanxana xidmətinin daha yaxşı olmasına imkan verəcək”, - deyə A.Kərimov bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az