Dövlət Xidmətindən saytlardakı problemlə bağlı AÇIQLAMA

18:35 - 18 Noyabr 2025

Dövlət Xidmətindən saytlardakı problemlə bağlı AÇIQLAMA

"Cloudflare" antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış fasilənin "AzStateNet" şəbəkəsinə və gov.az zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb".


Manset.az xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.

"Məlumat üçün bildiririk ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur.

"Cloudflare" kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axınının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir", - məlumatda qeyd olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az