Bir ekosistemdən Birbonuslulara şad xəbər var.
Hansı taksi sərfəlidir? – sualına Birbonuslular indi daha rahat cavab verə bilərlər.
Çünki Yango tətbiqində taksi xidməti ilə əməkdaşlıq ekosistem müştərilərinə
yeni imkanlar qazandırır.
Belə ki, indi istifadəçilər bonuslarını Birbank və
m10 tətbiqdaxili və QR ilə ödənişlərdə, Birmarket və Trendyol sifarişləri,
ictimai nəqliyyatda BakıKart ilə ödənişlər, mobil nömrə balansının artırılması,
kommunal ödənişlərlə yanaşı, həm də Yango-da taksi gedişlərinin ödənişi zamanı
istifadə edə bilərlər. Bunun üçün Yango tətbiqində Bir ID ilə qeydiyyatdan keçərək,
bonus kabinetini aktivləşdirmək kifayətdir.
Bir
ekosistemi və Yango
arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını daha rahat etməklə
yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin
vaxtına və büdcəsinə əlavə dəyər qatır. İstifadəçilər səfərin dəyərinin 90%-dək
hissəsini bonuslarla ödəyə bilərlər. Hər bir bonus 1 manata bərabərdir və cari
bonus balansı birbaşa Yango tətbiqində əks olunur.
Ətraflı: www.b-b.az/bbyto
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq
proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı
minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək
imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq
qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart
biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər
rahatlıqla istifadə etmək mümkündür.
Bir ekosistem ölkənin aparıcı brendləri olan
Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir.
Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq
edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir.
Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda
QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən,
Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus
proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu
imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş
və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli
və təhlükəsiz xidmət təqdim edir.