Yanğında xəsarət alanlardan 2-si evə buraxıldı

23:00 - 23 Noyabr 2025

Yanğında xəsarət alanlardan 2-si evə buraxıldı

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.


Manset.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilir.

Qeyd edilib ki, daha 5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az