Lerik rayonunda məktəbdə yanğın olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Buzeyir kəndinə yerləşən təhsil müəssisəsində qeydə alınıb. Yanğın məktəbin dam örtüyündən başlayıb. Əraziyə FHN qüvvələri cəlb olunub. Məktəblilər təxliyə edilib. Yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb.
Lənkəran-Astara Regional Təhsil idarəsindən APA-nın cənub bürosuna bildirilib ki, bu gün Lerik rayonu Şahlar Rüstəmov adına Büzeyir kənd ümumi orta ümumtəhsil məktəbində yanğın baş verib. Dam örtüyündən başlayan yanğının lokallaşdırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tədbirlər görülüb. Müvafiq plana uyğun olaraq şagird və müəllimlər təhlükəsiz əraziyə təxliyə edilibər.
Hazırda müvafiq təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədirlər.