Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir söylədi - VİDEO

17:05 - 23 Dekabr 2025

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir söylədi - VİDEO

Bu gün İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycana səfər edib.


Manset.az xəbər verir ki, Z. Pezeşkian Bakıda keçirilən “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransa qatılıb.

Tədbirdə çıxışını Azərbaycan dilində tamamlayan Zəhra Pezeşkian Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir bənd söyləyib:

Sondan durub üst donumu geyərdim,

Baxçalarda tiringəni deyərdim,

Ay özümü o əzdirən günlərim,

Ağac minib, at gəzdirən günlərim.

Həmin görüntüləri təqdim edirik:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az