Göygöldə qəza - Yaralılar var

21:23 - 26 Dekabr 2025

Göygöldə qəza - Yaralılar var

Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes-Vito” markalı maşınla “Qaz-3110” markalı maşın toqquşub.

Nəticədə “Qaz-3110” markalı avtomobildə olan üç nəfər - Yeni Qızılca kənd sakinləri 1982-ci il təvəllüdlü Könül İsmayılova,  1977-ci il təvəllüdlü Zərəngül Hüseynova və Daşkəsən rayon Mollahəsənli kənd sakini 1973-cü il təvəllüdlü Fəxrəddin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.

Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az